21 iyul 2015 12:15

Nedelko Vlahoviç: Qarabağ təzyiq altındadır

Çernoqoriyanın "Rudar" klubunun kapitanı Nedelko Vlahoviç UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində "Qarabağ"a qarşı keçirəcəkləri cavab oyunu (ilk oyun 0:0) öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:

"Bakıdakı ilk oyun bizim üçün çox çətin keçdi. Stadion tam dolmuşdu. Əldə etdiyimiz nəticədən razı qalmalıyıq. Çünki rəqibimiz çox güclü komanda idi. Azarkeş dəstəyi də onlara böyük kömək oldu".

"Mümkündür ki, bütün oyunu müdafiədə keçirməyimiz kiminsə xoşuna gəlmədi. Amma biz nəticəyə oynayırdıq. Uduzmaq istəmirdik. Bu istəyimizə də çatdıq".

Vlahoviç baş məşqçi Mirko Mariçin cavab oyunu üçün ağdamlıların oyununda boşluqlar tapacağına və onlardan yararlanacaqlarına inandığını vurğulayıb: "Rəqibimiz təzyiq altındadır. Çünki "Qarabağ" öncədən bu cütün favoriti sayılırdı. Azərbaycanda hər kəs bu komandadan inamlı qələbə gözləyirdi. Mübarizəni ikinci təsnifat mərhələsində dayandırmaq "Qarabağ" üçün faciə olardı".

Kapitan ÇL-in üçüncü təsnifat mərhələsindəki potensial rəqibləri - Şotlandiya "Seltik"i barədə də danışıb. "Rudar"la avrokuboklarda çox oyun keçirmişəm. Təəssüf ki, heç vaxt ikinci mərhələdən uzağa gedə bilməmişik. İndi isə çox gözəl şans əldə etmişik. Özü də uğur qazansaq, "Seltik" kimi rəqiblə mübarizə aparmalı olacağıq. Bu isə bizə əlavə motivasiya verir".

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.