21 iyul 2015 11:30
Simurqu Premyer Liqanın yeni mövsümündə Rəvan əvəz edəcək
Zaqatalanın "Simurq" klubu Topaz Premyer Liqasının yeni mövsümündə iştirak etməyəcək. Azerispot.az saytına bu barədə klubun mətbuat xidmətindən məlumat verilib.
Maliyyə problemləri ilə üzləşdiyi üçün demək olar ki, fəaliyyətini dayandıran bu komanda elitada iştirakına da son qoyub. Bu üzdən də sözügedən klubu birinci divizionda iştirak edən "Rəvan" əvəzləyəcək.
Qeyd edək ki, bu gün çempionatın püşkatmasında da iştirakçı klublar arasında məhz "Rəvan"ın adı göstərilib.
