21 iyul 2015 11:00
Neftçinin hazırlıq planında dəyişikliklər oldu
Türkiyənin Afyon şəhərində təlim-məşq toplanışını davam etdirən “Neftçi”nin hazırlıq planında dəyişikliklər olub. Azerisport.az xəbər verir ki, komanda yoxlama oyununda əvvəlcədən nəzərdə tutulduğu kimi Yunanıstanın “Panionios” klubu ilə deyil, Türkiyə “Alanyaspor”u ilə qarşılaşacaq.
Bundan əlavə, sınaq matçlarının günləri də dəyişdirilib:
23.07.2015 “Neftçi” – “Alanyaspor” (Türkiyə)
28.07.2015 “Neftçi” – “Əl-Faysali” (Səudiyyə Ərəbistanı)
31.07.2015 “Neftçi” – “Antalyaspor” (Türkiyə)
