20 iyul 2015 19:30

"Çalışacağıq ki, şəhərimizin adına layiq futbol sərgiləyək"

"Məşqlər çox yüksək səviyyədə keçir, hər şey əladı. Ərzurumda toplu məşqlərlə üstünlük verib, texniki və taktiki hazırlıq üzərində işləyirik". Azerisport.az xəbər verir ki, bu sözlər “Kəpəz”in gənc futbolçusu Tural Rzayevə məxsusdur.

Komandanın Türkiyədəki təlim-məşq toplanışını klubun mətbuat xidmətinə dəyərləndirən hücumameylli yarımmüdafiəçi Şahin Diniyevlə işləməyin onlar üçün fürsət olduğunu da deyib. Rzayev hazırlıq prosesində təcrübəli baş məşqçinin əməyini yüksək qiymətləndirib:

“Şahin müəllimlə işləmək əlbəttə ki, bizim xeyrimizədir. Bu, bizim üçün bir şansdır. Diniyev sözünü demiş məşqçidir. Fikrimcə, biz gənclər onun rəhbərliyi altında çox şey öyrənəcəyik. Məşqlərdə futbolçulara dəyərli məsləhətlər verir, yol göstərir”.

Qeyd edək ki, 22 yaşlı futbolçu “Kəpəz”ə Gəncədə təşkil olunan seleksiya toplanışından sonra düşüb. Tural 30-dan çox namizəd arasından seçilən üç oyunçudan biridir. Rzayev özünü Bakıda keçirilən yoxlama oyunlarında da yaxşı tərəfdən göstərməyi bacarıb. O, AZAL və 19 yaşlılardan ibarət Azərbaycan yığması ilə görüşlərdə qol vurub:

“Komandaya dəvət alan bütün gəncəli futbolçular kimi mənim üzərimə də daha çox iş düşür. Azarkeşlər bizi diqqətdə saxlayacaqlar. Gəncə doğma şəhərimizdi, çalışacağıq ki, şəhərimizin adına layiq futbol sərgiləyək. Bunun üçün var gücümüzlə çalışırıq”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.