20 iyul 2015 16:15
Qarabağ Çernoqoriyaya yola düşür
"Qarabağ" bu gün Çernoqoriyaya yollanır. Azerisport.az xəbər verir ki, UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsində "Rudar"la cavab oyununa çıxacaq Ağdm klubu Bakı - Podqoritsa reysiylə hərəkət edəcək. "Qarabağ"ın Bakı vaxtıyla 23:00-da Çernoqoriyada olması ehtimal olunur.
Sabah komanda oyunöncəsi sonuncu məşqinə çıxacaq. Ağdamlılar yerli vaxtla 20:30-da (Azərbaycan vaxtıyla 23:30) məşqə çıxacaq. Bundan 15 dəqiqə öncə isə baş məşqçi Qurban Qurbanov jurnalıstlərin suallarını cavablandıracaq.
Qeyd edək ki, "Rudar" - "Qarabağ" oyunu iyulun 22-də keçirilcək və Bakı vaxtı ilə saat 23:45-də start götürəcək.
