20 iyul 2015 16:00

Zaur Svanadze: İnterə qətiyyən arxayınlaşmaq olmaz

"İnter"in baş məşqçisi Zaur Svanadze Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçvəsində İslandiyanın "Hafnarfyordur" klubuna qarşı keçirəcəkləri cavab oyunu öncəsi azerisport.az saytının suallarını cavablandırıb:

- Komandada atmosfer necədir? Cavab oyununa hazırlıq necə keçir?
- Komandada hər şey yaxşıdır, futbolçular özlərini yaxşı hiss edirlər. Hazırlığımız da adi qaydada davam edir. Qarşıda bizi çətin oyun gözləyir. İlk oyunda qalib gəlsək də, rəqibimiz sıradan komanda deyil.

- Səfərdəki qələbə arxayınlıq yaratmaz ki?
- Qətiyyən! Ötən il İsveçin "Elfsborq" klubuna qarşı keçirdiyimiz oyunları yada salmaq yetərlidir. O vaxt da səfərdə qalib gəlmişdik, amma ev oyununda məğlubiyyətlə üzləşdik. Həmin oyunun xatirəsi hələ çox təzədir. Ona görə də qətiyyən arxayınlaşmaq olmaz. "İnter"də arxayınlaşma görməyəcəksiniz.

- "İnter" səfərdəki oyunda yalnız rəqib azlıqda qaldıqdan sonra dönüş yarada bildi. "Hafnarfyordur" tam heyətlə dişinizə görə rəqibdir?
- Birinci hissədə onlar daha üstün oynadılar. Amma biz penaltiyə qədər oyuna yaxşı nəzarət edirdik. Bütövlükdə isə rəqibin qoldan başqa təhlükəli qol vəziyyəti olmadı. Yaratdıqları təhlükəli vəziyyətlər də standart vəziyyətlər zamanı olurdu.

- Birinci təsnifat mərhələsi çərçivəsində Albaniya "Laçi"si ilə ev oyununda olduğu kimi, bu dəfə də sizi heç-heçə qane edir. Oxşar oyun gözləməyə dəyər?
- Bəli, elə demək olar. Amma biz müdafiədə oturmaq barədə düşünmürük.

- Yenə qolsuz heç-heçənin qeydə alınması nə dərəcədə inandırıcıdır?
- (gülür) Mən bunu sizə deyə bilmərəm. Bircə məsələni bilirəm ki, öz cərimə meydançamızda oturası olsaq, hər şey bizim üçün pis nəticələnər. Rəqib standart vəziyyətlərdə, "ikinci mərtəbədə" çox güclüdür.

- Üçüncü təsnifat mərhələsində İspaniyanın "Atletik" klubu ilə qarşılaşa bilərsiniz. Bu, sizi məyus etdi?
- Mən bu barədə düşünmürəm. Öncə İslandiya klubunu keçməyi düşünməliyik.

- "Atletik"in baş məşqçisi artıq "İnter Arena"nın qazonundan şikayətlənir...
- Bu, onların haqqıdır. Amma bizim onlarla oyunlardan danışmağımız düzgün olmaz.

- Hər halda növbəti mərhələdə belə bir rəqiblə düşəcəyinizi gözləyirdiniz?
- Belə güclü rəqiblərə qarşı oynamaq daha yaxşıdır. Böyük təcrübə və özünə əminlik qazanacağıq. Axı bu, La Liqa klubudur.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.