Şəhriyar Əliyev: Kəpəz ilk altılıqda yer almağa çalışacaq
"Kəpəz"in yarımmüdafiəçisi Şəhriyar Əliyev komandanın yeni mövsüm üçün hədəflərindən danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Kəpəz" ölkənin ən titullu klublarından biridir. Komandanın öz tarixi var. Gəncədə həmişə futbol olub, buradan çoxlu tanınmış futbolçular çıxıb. Komandanın uğurlu çıxış etməsi üçün əlimizdən gələni edəcəyik. Ən azı ilk altılıqda yer almağa çalışacağıq".
"Komanda demək olar ki, sıfırdan yığılıb. Bu üzdən müəyyən çatışmazlıqlarımız var. Bizə bir qədər vaxt lazımdır ki, hər şey qaydasına düşsün".
Əliyev "Kəpəz"in ev oyunlarını Bakıda keçirmək istəməsinə də münasib bildirib: "Deyilənə görə, yeni stadion inşa olunur. İstənilən halda, biz dəstəksiz qalacağımızı düşünmürük. Əsl azarkeşlərimiz bizi Bakıda da tək qoymayacaqlar. Elə Bakı toplanışı zamanı keçirdiyimiz yoxlama oyunlarına da gəlib bizi dəstəkləyirdilər. Buna görə onlara təşəkkürümü bildirirəm. Yəqin ki, çempionat oyunlarında da elə olacaq".
