20 iyul 2015 13:30
Ruslan Tağızadə: Türkiyə klubuna keçidim alınmasa, Qəbələyə qayıdacağam
"Qəbələ"nin sabiq müdafiəçisi Ruslan Tağızadə Türkiyənin "Boluspor" klubuna keçidinin alınmamasına və gələcək planlarına aydınlıq gətirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Mən Boluya dəvət əsasında yollanmışdım. Həmin vaxt komandanın baş məşqçisi Ümit Özat idi. Məni də oraya məhz o çağırmışdı. Bu mütəxəssis məni hələ "Elazığspor"u çalışdırarkən komandasında görmək istəyirdi. Hər şey razılaşdırılmdı. Amma Özatın istefası gözlənilməz oldu. Hələ karyeramı harada davam etdirəcəyimi bilmirəm. Ola bilər ki, bu mütəxəssisin çalışacağı komandaya gedim. Belə olacağını bilsəydim, "Zirə"dən ayrılmazdım. Türkiyədə özümə klub tapa bilməsəm, "Qəbələ"yə qayıdıb, qışa qədər bu klubun əvəzedici komandasında oynayacağam".
