20 iyul 2015 12:20
Neftçi ukraynalı qapıçını sınaqdan keçirir
Türkiyədə təlim-məşq toplanışında olan "Neftçi" baxışa yeni futbolçu dəvət edib. Azerisport.az xəbər verir ki, paytaxt klubu yeni qapıçını sınaqdan keçirir.
Bu, ukraynalı qapıçı İqor Litovkadır. O, artıq bakılılarla birgə məşq edir və özünü məşqçilər korpusuna bəyəndirməyə çalışır.
Qeyd edək ki, 27 yaşlı Litovka Ukraynanın "Sevastopol", "Tavriya" və "Olimpik" kimi klublarında çıxış edib.
