19 iyul 2015 19:30

Cavid Hüseynov: Qəbələ Çukariçkini məğlub etmək gücündədir

UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsində Serbiyanın “Çukariçki” klubu ilə mübarizə aparan “Qəbələ” iyulun 23-də cavab oyununu keçirəcək. Azerisport.az xəbər verir ki, iyulun 16-da Belqradda baş tutan qarşılaşmada 0:1 hesabı ilə uduzan “qırmızı-qaralar” Bakıda keçiriləcək görüşdə qələbə qazanıb, mərhələ adlamağa çalışacaq.

Komandanın kapitanı Cavid Hüseynov cavab oyunu ilə bağlı fikirlərini klub saytına açıqlayıb: “Serbiyadakı qarşılaşmada 0:1 hesabı ilə məğlub olduq. Bakıda keçiriləcək cavab qarşılaşmasında qalib gəlib, mərhələ adlamalıyıq. Səfərdə öz oyunumuzu, bizdən gözlənilən futbolu nümayiş etdirə bilmədik. İlk oyundakı çatışmazlıqları aradan qaldırıb, cavab oyununda qalib gəlməliyik. Bunun üçün var gücümüzü ortaya qoyacağıq. “Çukariçki” “Qəbələ”dən güclü komanda deyil. Səfərdəki görüşü unudub, öz futbolumuzu oynamalı, mübarizə aparmalıyıq. Komandamız daha yaxşı futbol oynamağı bacarır. “Çukariçki”ni məğlub etmək gücündəyik. Bacarığımızı tam nümayiş etdirsək, mərhələ adlayacağıq. Bunun üçün də cavab matçına köklənməliyik”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.