19 iyul 2015 12:30
Simurq növbəti mövsümdə iştirak etməyə bilər
İyulun 21-də Topaz Premyer Liqasında yeni mövsümün püşkü atılacaq. Azerisport.az xəbər verir ki, yeni mövsümün püşkatmasında 10 klubun - "Qarabağ", "Neftçi", "Qəbələ", "İnter", "Xəzər Lənkəran", AZAL, "Sumqayıt", "Simurq", "Zirə" və "Kəpəz"in təmsil olunması gözlənilir.
Lakin "Simurq"un yeni mövsümdə iştirakı hələ də sual altındadır. Çünki bütün klublar yeni mövsümə hazırlaşdığı bir vaxtda bu komanda bir araya gəlməyib, özü üçün heyət qurmaq yolunda da heç bir addım atmır. Böyük ehtimalla Zaqatala klubu yeni mövsümdə oynamayacaq. Baxmayaraq ki, klubun dağıldığını rəsmi şəkildə açıqlayan da olmayıb.
Qeyd edək ki, "Simurq"un növbəti mövsümdə iştirak etməyəcəyi dəqiqləşsə, onu birinci divizion klublarından biri əvəzləyəcək.
