19 iyul 2015 12:00
Fuad Bayramov: Bakıda da yaxşı oynayıb, növbəti mərhələyə vəsiqə qazanmalıyıq
Bakı "İnter"inin müdafiəçisi Fuad Bayramov Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində İslandiyanın "Hafnarfyordur" klubuna qarşı keçirdikləri ilk oyunu şərh edib. Azerisport.az saytına açıqlamasında o, 2:1 hesabıyla qalib gəldikləri görüşlə bağlı bunları söyləyib:
"Birinci hissəni zəif keçirdik. İkinci hissədə oyunda dönüş yarada bildik. İslandiyaya yaxşı nəticə dalına getmişdik. Uduzmaq istəmirdik. İslandlar çox aqressiv idilər. Sanki, onlar bizimlə dalaşacaqdılar. Amma hər şeyə rəğmən, səfərdə qələbə qazanmağı bacardıq. Artıq cavab görüşünü düşünürük. Öz meydanımızda yaxşı oynayıb, növbəti mərhələyə vəsiqəni təmin etməliyik".
