19 iyul 2015 11:00

David Vidarsson: Qırmızı vərəqə İnterlə oyunun gedişinə böyük təsir göstərdi

İslandiyanın "Hafnarfyordur" klubunun kapitanı David Vidarsson Avropa Liqasının ikinci təsnifat mərhələsində Bakı "İnter"inə qarşı keçirdikləri ilk oyundan sonra fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, 1:2 hesabıyla uduzduqları görüşü belə şərh edib:

"Birinci hissədə oyunun bizim əlimizdə olduğu hiss edilirdi. Qol vurduq, önə keçdik. Amma ikinci hissədə azlıqda qaldıq, qol buraxdıq. Ondan sonra artıq hücuma getmək bizim üçün çətinləşmişdi".

Vidarssonun sözlərinə görə, həmin həlledici epizod zamanı komandasının bəxti gətirməyib: "Meydanın mərkəzində topu itirdik. Rəqibin sürətli əks-hücumu zamanı qapıçımız Rober Oskarsson topa vaxtında yetişə bilmədi. Onun qırmızı vərəqə alması oyunun gedişatına çox böyük təsir göstərdi".

Kapitan bakılıların oyununa və hakimin idarəçiliyinə də toxunub: "Bilirdik ki, rəqib komanda daha çox oyunun tempini aşağı salmağa çalışacaq. Amma biz hər şeydən daha çox isveçli hakim məyus etdi. Onun demək olar ki, bütün qərarları bizim əleyhimizə olurdu. O da ola bilər ki, hakimin qərarları düzgün imiş, sadəcə, məğlub olduğumuz üçün həmin qərarlar bizə səhv kimi görünür".

"Hafnarfyordur"un lideri Bakıdakı cavab görüşündən də danışıb: "Bizi öncə çempionatda "Reykyavik"lə oyun gözləyir. Bu qarşılaşmada qalib gəlib, liderliyimizi möhkəmləndirmək ("Reykavik" lider "Hafnarfyordur"un əsas izləyicisidir - red.) və "İnter"ə məğlubiyyəti unutmaq istəyirik. Qarşıdakı hər iki oyunda qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik".

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.