19 iyul 2015 00:20
Erat İngiltərə klubu üzərində qələbəyə sevindi
Almaniyanın "Fortuna" klubu növbəti yoxlama oyununda qüvvəsini sınayıb. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Toğrul Eratın komandası - "Fortuna" da növbəti matçına çıxıb.
Düsseldorf təmsilçisi İngiltərənin "İpsviç Taun" klubu ilə qarşılaşıb. Matç futbolçumuzun komandasının 4:3 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, Erat matçın 86-cı dəqiqəsində meydana çıxıb.
