18 iyul 2015 19:30

Futbol veteranları Neftçini dəstəklədi

Azərbaycanın futbol veteranları bu gün "Neftçi" PFK-nın təlim-məşq bazasına gəliblər. Azerisport.az xəbər verir ki, Türkiyə hazırlığı öncəsi komanda üzvlərinə dəstək olmağa gələn veteranlar arasında Çingiz İsmayılov, İsgəndər Cavadov, Vaqif Sadıqov, Oqtay Abdullayev, Asim Xudiyev, Şakir Qəribov, Əsgər Abdullayev, Asif Əliyev, Ağarza Rzayev və Nağı Babayev kimi futbol tariximizin məşhur simaları yer alıb.

Müqəddəs Ramazan Bayramı ilə eyni günə təsadüf etmiş görüşdə "Neftçi" PFK rəhbərliyi, veteranlar və komanda üzvləri bir araya gəliblər. Görüş əsnasında qonaqlardan Səməd Qurbanov, Çingiz İsmayılov, İsgəndər Cavadov, Vaqif Sadıqov və Əsgər Abdullayev çıxışlarında bildiriblər ki, əsası gənc, yerli futbolçulardan ibarət "Neftçi" bu mövsüm Avropa Liqasında istənilən nəticəni qazana bilməsə də, göstərdiyi oyunla uğurlu gələcək vəd etdi. Xüsusilə Çernoqoriyada keçirilmiş "Mladost" - "Neftçi" matçında futbolçuların gözəl, əzmkar oyun nümayiş etdirdiyini deyən natiqlər, futbolçulara nəticəyə görə ruhdan düşməməli olduqlarını deyiblər. Futbolda təcrübənin zamanla qazanıldığını vurğulayan qonaqlar qeyd edib ki, komanda bu istiqamətdə daha çox çalışmaqla yeni tarixi nailiyyətlərə imza atacaq. Heyətdə çıxış edən futbolçuların böyük potensiala malik olduğunu diqqətə çatdıran qonaqlar, bu futbolçuların sədasının gələcəkdə Avropa klublarından gələcəyinə inandıqlarını deyiblər. "Neftçi"nin baş məşqçisi Samir Əliyevə və məşqçilər korpusuna işlərində müvəffəqiyyətlər arzu edən veteranlar, öz təcrübələri və tövsiyyələri ilə gənc mütəxəssisə hər zaman dəstək olacaqlarını bildiriblər.

Samir Əliyev də öz növbəsində komandaya dəstək olan veteranlara təşəkkürünü bildirib. Qeyd olunub ki, vaxtilə "Neftçi"nin formasını şərəflə daşımış və ölkə futbolunun inkişafında böyük əməyə sahib olan bu insanlardan öyrəniləcək çox şey var. "Neftçi" veteranları hər zaman doğma komandasının yanında olub və onların zəngin təcrübəsinə hər zaman ehtiyac duyulub. Daha sonra "Neftçi"nin məşqini izləyən veteranlar, klubun təlim-məşq bazasında yaradılmış şəraitlə tanış olub və futbolçularla birgə nahar ediblər. Sonda klub rəhbərliyi, komanda üzvləri və veteranlar birgə xatirə şəkli çəkdiriblər.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.