18 iyul 2015 16:30
Nazarov oynadı, Karlsrue İspaniya klubuna qalib gəldi
Almaniyanın "Karlsrue" klubu yeni mövsümə hazırlıq çərçivəsində daha bir yoxlama oyunu keçirib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Dmitri Nazarovun komandası İspaniyanın "Malaqa" klubu ilə qarşılaşıb.
Matç 3:1 hesabıyla Almaniya klubunun xeyrinə başa çatıb. Start heyətdə meydana çıxan Nazarov 60-cı dəqiqədə, hesab 1:0 komandasının xeyrinə olarkən əvəzlənib.
