18 iyul 2015 16:00

Asif Məmmədov: Bakıda Çukariçkini böyük hesabla da yenə bilərik

"Qəbələ"nin yarımmüdafiəçisi Asif Məmmədov Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində Serbiyanın "Çukariçki" klubuna qarşı keçirdikləri ilk oyundan (0:1) sonra azerisport.az saytının suallarını cavablandırıb:

- "Qəbələ" Serbiyada niyə elə zəif çıxış etdi?
- Demək çətindir. Əlbəttə, bunu səbəb adlandırmaq olmaz. Amma Qəbələdəki meydançalarla müqayisədə Serbiyada oynadığımız arenanın qazonu pis gündə idi. Belə bir qazonda futbol oynamaq çox çətin idi. Komandamızda heç nə alınmadı.

- Deməli, belə oyunla minimal hesablı məğlubiyyəti sərfəli nəticə saymaq olar?
- Bəli, bu oyunla yaxşı nəticə oldu. Biz hələ yüngül qurtardıq.

- Penalti olmadığı halda, hakimə etirazınızı bildirmədiniz. Niyə?
- Məsələ burasındadır ki, Rafael Santosun sarı vərəqəsi var idi. İstənilən artıq hərəkət onun meydandan qovulması ilə nəticələnə bilərdi. Həm də hakim istənilən halda qərarını dəyişməyəcəkdi. Hələ bütün bunlara rəğmən baş məşqçimiz bizə hakimlərlə çox mübahisə etdiyimizi dedi.

- Baş məşqçi sizi 88-ci dəqiqədə meydana buraxanda nə tapşırıq verdi? Ümumiyyətlə, niyə elə gec oynamaq şansı qazandınız?
- Sadəcə, taktiki tapşırıqlarını çatdırdı. Oyunda dönüş yaratmağımızı istəyirdi. Meydana gec buraxılmağımın səbəbini isə bilmirəm. Mən bu barədə ondan nəsə soruşa bilmərəm. Bu, onun qərarıdır.

- Cavab oyunundan nə gözləyək?
- Rəqib keçiləsi komandadır. Səfərdəki oyunun başlanğıcında əldə etdiyimiz qol vəziyyətini dəyərləndirsəydik, hər şey fərqli bitə bilərdi. Cavab oyununda bu qədər çətinliklə çəkəcəyimizi düşünmürəm. Sadəcə, ağıllı oynamaq lazımdır. Doğma meydanda bu komandaya böyük hesabla da qalib gələ bilərik. Hətta Tiflis "Dinamo"suna qarşı oynadığımızdan azacıq zəif də çıxış etsək, yenə bu komandanı mübarizədən kənarlaşdıracağıq.

- Bəs oyunun "Bakcell Arena"da keçirilməsinə münasibətiniz necədir?
- Əlbəttə, Qəbələdə oynamağımız daha yaxşı olardı. Orada həm doğma azarkeşlər qarşısında, həm də gözəl havada oynamaq şansımız var idi. Amma digər tərəfdən "Bakcell Arena"nın da azarkeş tutumu çoxdur. İndi onu doldurmaq qalır. Yaxşı azarkeş dəstəyi gözləyirik. Bu, bizim üçün çox vacibdir. Serbiyadakı oyunda "Çukariçki"yə elə də böyük dəstək görmədik. Amma bizim yaxşı dəstək görəcəyimizə ümidimiz böyükdür. Qoy serblər səfərdə oynadıqlarını hiss etsinlər.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.