18 iyul 2015 14:00
Atletikin baş məşqçisi İnter Arenanın qazonundan şikayətləndi
İspaniyanın "Atletik" klubunun baş məşqçisi Ernesto Valverde Avropa Liqasının üçüncü təsnifat mərhələsində qarşılaşmalı olduqları "İnter" (Azərbaycan) - "Hafnarfyordur" cütü ilə bağlı fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Bakılılar "Hafnarfyordur"u keçsələr, biz Azərbaycanda süni örtüklü meydançada oynamaq məcburiyyətində qalacağıq. Bu, heç də xoş fakt deyil. Belə qazonlar zədə təhlükəsi yaradırlar. Bizim bir elə meydanımız var. Amma istənilən halda bu, komandam üçün mənfi haldır".
