18 iyul 2015 13:30
"İntersiz Azərbaycan futbolu MY və Liverpulsuz İngiltərə kimidir"
"İnter"in yarımmüdafiəçisi Slavço Georgiyevski Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində İslandiyanın "Hafnarfyordur" klubu üzərində səfərdə qazanılan ilk qələbə ilə bağlı fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, 2:1 hesablı qələbə ilə əlaqədar bunları söyləyib:
"Bu qələbə göstərdi ki, "İnter" pullu da olsa, pulsuz da olsa, yüksək səviyyəli komandadır. Bu, bütün Azərbaycan xalqının qələbəsidir. Şadam ki, bu qələbəni Ramazan bayramı ərəfəsində qazandıq. "İnter"siz Azərbaycan futbolu "Mançester Yunayted", "Liverpul"suz İngiltərə kimidir. Azərbaycan xalqını bayram münasibətilə təbrik edirəm".
