Seltikin baş məşqçisi Qarabağ haqda danışmaq istəmədi
Şotlandiyanın "Seltik" klubunun baş məşqçisi Ronni Deyla UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin püşkatmasını dəyərləndirməkdən imtina edib. Azerisport.az xəbər verir ki, ÇL-in ikinci təsnifat mərhələsində İslandiyanın "Styarnan" klubu ilə mübarizə aparan şotlandların çalışdırıcısı hələ növbəti turdakı rəqiblər barədə düşünmədiyini açıqlayıb:
"Öncə biz ikinci təsnifat mərhələsini uğurla başa vurmaq barədə düşünməliyik. Ondan sonra isə üçüncü təsnifat mərhələsi haqda düşünmək olar. "Styarnan" ilə cavab görüşündə də yaxşı oyun sərgiləməliyik. Yalnız ondan sonra növbəti rəqib barədə danışmaq olar. Təbii ki, üçüncü təsnifat mərhələsinə vəsiqə qazana bilsək".
Qeyd edək ki, "Seltik" - "Styarnan cütünün qalibi növbəti mərhələdə "Qarabağ"la Çernoqoriya "Rudar"ı arasındakı oyunların qalibi ilə üz-üzə gələcək. "Seltik" ilk oyunda öz rəqibini 2:0 məğlub edibsə, Azərbaycan çempionu çernoqoriyalılarla Bakıda qolsuz bərabərliyə razılaşıb.
