18 iyul 2015 11:30

Georgi Nikolov: Həmin pulu AFFA-ya qəpiyinə qədər qaytaracağıq

"İnter"in prezidenti Georgi Nikolov Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində İslandiyanın "Hafnarfyordur" klubuna qarşı keçirdikləri ilk oyundan (2:1) sonra azerisport.az saytına müsahibə verib.

- Komandanızın yenə səfər matçından sərfəli nəticə ilə, bu dəfə hətta qələbə ilə qayıdacağını gözləyirdiniz?
- Əlbəttə, komandamdan uğurlu nəticə gözləyirdim. Çünki komandada döyüşkən ruh formalaşıb. Oyundan-oyuna heyət daha da formalaşır, oyunçular bir-birini daha da yaxşı başa düşür.

- Əvvəlki illərdəki çıxışınızla bu mövsümü müqayisə etsək, belə çıxır ki, "ac mədəli" "İnter" daha yaxşı oynayır. Bununla razısınız?
- (gülür) Elə alınır. Mən hətta bununla razılaşmasam da belə, fakt faktlığındadır. Mən çox şadam ki, yenidən Azərbaycan xalqını sevindirə bildik.

- Səfərdə qazanılan qələbə cavab oyunu öncəsi arxayınlıq yaratmaz?
- Düşünmürəm. Albaniya "Laçi"si ilə səfərdəki heç-heçədən (1:1) sonra uşaqlar Bakıda daha yaxşı oynadılar. Onlar yenə cavab qarşılaşmasına məsuliyyətlə yanaşırlar. Burada daha yaxşı oynayacağımıza şübhəm yoxdur.

- Yəqin ki, İslandiya klubunu keçəcəyinizə də şübhə etmirsiniz?
- Şansımız çox yaxşıdır. Amma mən eyforiyaya qapılmaq, tələsmək istəmirəm. Biz sadəcə, ilk oyunda qələbə qazanmışıq. Bu, Bakıdakı oyunda işimizin asan olacağı demək deyil. Əksinə, daha çətin olacaq. Rəqib ilk dəqiqələrdən hücuma atılacaq ki, ən azı bir qol vursun. Buna hazır olmaq lazımdır.

- Yenə də komanda ilə birgə səfərə yollanmamışdınız?
- İşim həddən artıq çoxdur. Məsələn, ötən gün komanda İslandiyadan qayıtdı, mən bir şirkətin rəhbəri ilə görüşdüm. Həmin şirkət bizim mehmanxanamızı idarə edə bilər. Bu, vacib məqamdır. Klubu maliyyələşdirmək yolunda əlavə bir mənbə olacaq. Həm də məni 11 saat təyyarədə uçmağa məcbur edəcək heç bir güc yoxdur. Bu, çox yorucu səfər olur. Mən isə o dərəcədə gənc deyiləm (gülür).

- Bundan sonra "İnter"in bütün səfər xərclərini AFFA ödəyəcək?
- Mən sizə hər şeyi deyim ki, bunu hər kəs fərqli yerlərə yozmasın. Biz kömək üçün AFFA-ya müraciət etdik. Səfər üçün yetərli maliyyəmiz var idi. Sadəcə, AFFA ilə görüş zamanı onlar bizə çarter reysi təşkil edəcəklərini dedilər. Həmin çarter reysinin pulunu AFFA ödəyib. Amma UEFA bizə nə vaxt bonus ayıracaqsa, həmin pulu qəpiyinə qədər AFFA-ya qaytaracağıq. Hətta bununla bağlı AFFA ilə müqavilə də imzalamışıq. Müftə yardımdan heç bir söhbət gedə bilməz. Amma təbii ki, AFFA rəhbərliyinə bu jestə görə təşəkkürümüzü bildiririk. Onlar doğrudan da bizə çox kömək etdilər.

- "İnter" "Hafnarfyordur"u keçsə, İspaniyanın "Atletik" klubu ilə üz-üzə gələcək...
- Biz hələ üçüncü təsnifat mərhələsinə vəsiqə qazanmamışıq. Amma istənilən halda növbəti mərhələdə asan rəqib gözləməyədəyməzdi. "Atletik" təcrübəli avrokubok döyüşçüsü sayıla bilər. Onlar cütün favoriti olacaqlar.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.