17 iyul 2015 16:20

İnter üçün Atletik, Qəbələ üçün Apollon

Bu gün Avropa Liqasının üçüncü təsnifat mərhələsinin püşkü atılıb. Azerisport.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində atılacaq püşkatmada Azərbaycanı qitənin nüfuzuna görə ikinci dərəcəli klub turnirində təmsil edən komandaların - "İnter"lə "Qəbələ"nin də növbəti rəqibləri bəlli olub.

Düzdür, hələ klublarımız növbəti mərhələyə vəsiqəni təmin etməyiblər. İkinci təsnifat mərhələsində "İnter" İslandiyanın "Hafnarfyordur", "Qəbələ" isə Serbiyanın "Çukariçki" komandası ilə mübarizə aparır. Təmsilçilərimiz bu rəqiblərini keçsələr, növbəti mərhələdə kiminlə qarşılaşacaqları artıq bəllidir.

"İnter" - "Hafnarfyordur"  və "Qəbələ" - "Çukariçki" cütü üçüncü təsnifat mərhələsinin püşkatmasında səpələnməmişlər səbətində qərarlaşmışdı. Bu isə mərhələ keçəcəkləri halda təmsilçilərimizin özlərindən daha güclü rəqiblərlə qarşılaşacağından xəbər verirdi.

"İnter"in potensial rəqibləri bunlar idi:
"Vitoriya" (Portuqaliya)
"Atletik" (İspaniya)
"Krasnodar" (Rusiya)
"Trabzonspor" (Türkiyə) - "Differdanj" (Lüksemburq) cütünün qalibi (ilk oyun 1:0)
"Koper" (Sloveniya) - "Hayduk" (Xorvatiya) cütünün qalibi (3:2)
"Yagelloniya" (Polşa) - "Omoniya" (Kipr) cütünün qalibi (0:0)

Püşkatma nəticəsində "İnter" - "Hafnarfyordur" cütünün qalibinin növbəti mərhələdə İspaniyanın "Atletik" klubu ilə qarşılaşacağı dəqiqləşib. Komandamız mərhələ adlasa, bu rəqibi ilə ilk oyununu səfərdə, cavab görüşünü isə evdə keçirməli olacaq. Hər halda İslandiyada 2:1 hesabıyla qələbə qazanan Bakı klubunun növbəti mərhələyə çıxmaq şansları daha yüksəkdir.

"Qəbələ"nin potensial rəqibləri isə bunlar idi:
"Atromitos" (Yunanıstan)
"Slovan" (Çex Respublikası)
"Standard" (Belçika)
"Borussiya" (Dortmund, Almaniya)
"Apollon" (Kipr) - "Trakay" (Litva) cütünün qalibi (4:0)
"Vest Hem" (İngiltərə) - "Birkirkara" (Malta) cütünün qalibi (1:0)

Püşk "Qəbələ" - "Çukariçki" cütünün qalibinin bəxtinə də "Apollon" (Kipr) - "Trakay" (Litva) cütünü çıxarıb. İlk oyunda 4:0 hesabıyla üstün olmuş kiprlilərin növbəti mərhələyə çıxacaqları demək olar ki, dəqiqdir. Kipr klubunun "Qəbələ" və ya "Çukariçki" ilə qarşılaşacağı isə hələ dəqiqləşməyib. Yeri gəlmişkən, "Qəbələ" - "Çukariçki" cütünün qalibi növbəti mərhələdəki ilk matçını evdə, cavab görüşünü səfərdə keçirməlidir.

Qeyd edək ki, Avroliqanın üçüncü təsnifat mərhələsinin ilk oyunları iyulun 30-da, cavab görüşləri isə avqustun 6-da baş tutacaq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.