17 iyul 2015 14:00
Kəpəz Turan Tovuza məğlub oldu
Yeni mövsümün hazırlığını Gəncədə davam etdirən “Kəpəz”in əvəzedici komandası iyulun 16-da “Turan Tovuz”la yoxlama oyununda üz-üzə gəlib. Azerisport.az xəbər verir ki, Tovuzda keçirilən görüş əvəzedici heyətin məğlubiyyəti ilə yekunlaşıb.
“Sarı-göylər” rəqibə 1:2 hesabı ilə uduzub. Matçda gəncəlilərin aktivinə yazılan qolu Ülvi Cəlilov vurub.
"Kəpəz"in əvəzediciləri növbəti yoxlama oyununu iyulun 18-də keçirəcək. “Kəpəz” Qəbələdə eyniadlı klubun əvəzediciləri ilə qarşılaşacaq.
