17 iyul 2015 13:40
Vəli Qasımov: Kassanoya görə az pul tələb etmirlər
"Neftçi"nin idman direktoru Vəli Qasımov İtaliya yığmasının sabiq hücumçusu Antonio Kassano ilə danışıqlar apardıqlarını təsdiqləyib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Bu futbolçunu doğrudan da bizə təklif ediblər. Amma hələ sizə konkret heç nə deyə bilmərəm. Çünki bu futbolçuya görə az pul tələb etmirlər. Klub rəhbərliyi hələ bu məsələni müzakirə etməyib".
