17 iyul 2015 12:00

Qəbələnin iki futbolçusu cavab matçını buraxacaq

"Qəbələ" Avropa Liqasının ikinci təsnifat mərhələsindəki rəqibi "Çukariçki" (Serbiya) ilə cavab matçına ciddi itkilərlə çıxacaq. Azerisport.az xəbər verir ki, Bakıda keçiriləcək qarşılaşmada yarımmüdafiəçi Georgi Floresku və müdafiəçi Vitali Vernidub iştirak edə bilməyəcək.

Buna səbəb hər iki oyunçunun "Çukariçki" ilə səfər matçında sarı vərəqə limitini doldurmasıdır. Maraq üçün xatırladaq ki, Vernidubla Floresku cari mövsümdəki ilk iki sarı vərəqəni birinci təsnifat mərhələsi çərçivəsində qarşılaşdıqları Tiflis "Dinamo"su ilə oyunlarda almışdılar.

"Qəbələ"nin daha bir futbolçusu isə cəzanın astanasındadır. Belə ki, Gürcüstan klubu ilə cavab oyununda sarı vərəqə almış kapitan ötən gün "Çukariçki" ilə səfər matçında ikinci dəfə eyni aqibəti yaşadı. Bakıdakı oyunda da sarı vərəqə alacağı halda, Hüseynov növbəti avrokubok matçını buraxmalı olacaq.
 
Qeyd edək ki, "Qəbələ" ilə "Çukariçki" arasındakı cavab oyunu iyulun 23-də "Bakcell Arena"da keçiriləcək və saat 21:00-da başlayacaq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.