17 iyul 2015 03:05

İnterlə Qəbələnin növbəti rəqibləri bilinir: mərhələ keçə bilsələr

Bu gün Avropa Liqasının üçüncü təsnifat mərhələsinin püşkü atılacaq. Azerisport.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində atılacaq püşkatmada Azərbaycanı qitənin nüfuzuna görə ikinci dərəcəli klub turnirində təmsil edən komandaların - "İnter"lə "Qəbələ"nin də növbəti rəqibi bəlli olacaq.

Düzdür, hələ klublarımız növbəti mərhələyə vəsiqəni təmin etməyiblər. İkinci təsnifat mərhələsində "İnter" İslandiyanın "Hafnarfyordur", "Qəbələ" isə Serbiyanın "Çukariçki" komandası ilə mübarizə aparır. Təmsilçilərimiz bu rəqiblərini keçsələr, növbəti mərhələdə kiminlə qarşılaşacaqlarını məhz bu gün biləcəklər.

Avroliqanın üçüncü təsnifat mərhələsində 58 klub mübarizə aparacaq. Onlardan 25-nin adı artıq bəllidir: "Borussiya" (Dortmund, Almaniya), "Rubin" (Rusiya), "Atletik" (İspaniya), "AZ Alkmaar" (Hollandiya), "Standard" (Belçika), "Bordo" (Fransa), "Sampdoriya" (İtaliya), "Vitoriya" (Portuqaliya), "Sent-Etyen" (Fransa), "Sürix" (İsveçrə), "Slovan" (Çex Respublikası), "Sauthempton" (İngiltərə), "Krasnodar" (Rusiya), "Belenenseş" (Portuqaliya), "Vorskla" (Ukrayna), "Zarya" (Ukrayna), "Atromitos" (Yunanıstan), "Vitess" (Hollandiya), "Yablonets" (Çex Respublikası), "Şturm Qrats" (Avstriya), AEK (Kipr), "İroni Kiryat Şmona" (İsrail), "İstanbul Başakşehir" (Türkiyə), "Tarqu Mureş" (Rumıniya), "Reyndorf" (Avstriya).

Adları çəkilən bu klublar mübarizəyə birbaşa üçüncü təsnifat mərhələsindən başlayanlardır. Qalan 33 iştirakçı isə Avroliqanın ikinci təsnifat mərhələsini qalib başa vuranlar olacaq. Onlardan ikisi də Azərbaycan təmsilçisi ola bilər.

"İnter" - "Hafnarfyordur"  və "Qəbələ" - "Çukariçki" cütü üçüncü təsnifat mərhələsinin püşkatmasında səpələnməmişlər səbətində qərarlaşıb. Bu isə mərhələ keçəcəkləri halda təmsilçilərimizin özlərindən daha güclü rəqiblərlə qarşılaşacağından xəbər verir. Məsələn, mübarizəyə birbaşa üçüncü təsnifat mərhələsindən başlayacaq klublar təmsilçilərimizə rəqib ola bilərlər.

Səpələnmişlər
"Borussiya" (Dortmund, Almaniya)
"Rubin" (Rusiya)
"Atletik" (İspaniya)
"AZ Alkmaar" (Hollandiya)
"Standard" (Belçika)
"Bordo" (Fransa)
"Sampdoriya" (İtaliya)
"Vitoriya" (Portuqaliya)
"Sent-Etyen" (Fransa)
"Sürix" (İsveçrə)
"Slovan" (Çex Respublikası)
"Sauthempton" (İngiltərə)
"Krasnodar" (Rusiya)
"Belenenseş" (Portuqaliya)
"Vorskla" (Ukrayna)
"Zarya" (Ukrayna)
"Atromitos" (Yunanıstan)
"Kopenhagen" (Danimarka) - "Nyu Taun" (Uels)
PAOK (Yunanıstan) - "Lokomotiv" (Xorvatiya)
"Trabzonspor" (Türkiyə) - "Differdanj" (Lüksemburq)
"Legiya" (Polşa) - "Botoşani" (Rumıniya)
"Vest Hem" (İngiltərə) - "Birkirkara" (Malta)
"Riyeka" (Xorvatiya) - "Aberdin" (Şotlandiya)
"Rusenborq" (Norveç) - "Reykyavik" (İslandiya)
"Elfsborq" (İsveç) - "Randers" (Danimarka)
"Hayduk" (Xorvatiya) - "Koper" (Sloveniya)
"Apollon" (Kipr) - "Trakay" (Litva)
"Omoniya" (Kipr) - "Yagelloniya" (Polşa)
"Tyun" (İsveçrə) - "Hapoel" (Beer Şeva, İsrail)

Səpələnməmişlər
"Vitess" (Hollandiya)
"Yablonets" (Çex Respublikası)
"Şturm Qrats" (Avstriya)
AEK (Kipr)
"İroni Kiryat Şmona" (İsrail)
"İstanbul Başakşehir" (Türkiyə)
"Tarqu Mureş" (Rumıniya)
"Reyndorf" (Avstriya).
"Astra" (Rumıniya) - "İnverness" (Şotlandiya)
"Dinamo" (Minsk, Belarus) - "Çerno More" (Bolqarıstan)
"Slovan" (Slovakiya) - UCD (İrlandiya)
AİK (İsveç) - "Şirak" (Ermənistan)
"Mlada Boleslav" (Çex Respublikası) - "Stromsqodset" (Norveç)
"Şlask" (Polşa) - "Höteborq" (İsveç)
"Jilina" (Slovakiya) - "Daçiya" (Moldova)
"Debretsen" (Macarıstan) - "Skonto" (Latviya)
"Brondbü" (Danimarka) - "Beroe" (Bolqarıstan)
"Şarlerua" (Belçika) - "Beytar" (İsrail)
"Şaxtyor" (Soliqorsk, Belarus) - "Volfsberger" (Avstriya)
"Voyvodina" (Serbiya) - "Spartak" (Yurmala, Latviya)
"Spartak" (Trnava, Slovakiya) - "Linfild" (Şimali İrlandiya)
"Hafnarfyordur" (İslandiya) - "İnter" (Azərbaycan)
"Jelezniçar" (Bosniya və Herseqovina) - "Ferençvaroş" (Macarıstan)
"Şemrok Rovers" (İrlandiya) - "Odd Qrenland" (Norveç)
"Rabotniçki" (Makedoniya) - "Yelqava" (Latviya)
"Vaduts" (Lixtenşteyn) - "Nomme Kalyu" (Estoniya)
"Çukariçki" (Serbiya) - "Qəbələ" (Azərbaycan)
"Kukesi" (Albaniya) - "Mladost" (Çernoqoriya)
"Kayrat" (Qazaxıstan) - "Alaşkert" (Ermənistan)

Püşkatma mərasimi Bakı vaxtı ilə saat 16:00-da start götürəcək.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.