16 iyul 2015 21:00

Fuad Bayramov: İnter Hafnarfyordura məğlub olmaq haqda düşünmür

"İnter"in yarımmüdafiəçisi Fuad Bayramov Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində İslandiyanın "Hafnarfyordur" klubuna qarşı keçiriləcək ilk oyun öncəsi azerisport.az saytının suallarını cavablandırıb:

- Qarşıdakı oyundan gözləyirsiniz?
- Səfərdən yaxşı nəticə ilə qayıtmağa çalışacağıq. Bunun üçün isə müdafiədə yaxşı oynamaq lazımdır ki, qol buraxmayaq.

- Hava şəraiti və vaxt fərqi sizə problem yaratmayacaq?
- Hava bir qədər soyuqdur. Amma vaxt fərqi çox böyükdür. Nə etmək olar, oynamalıyıq. Bunlar bizə problem yaratmamalıdır.

- "Hafnarfyordur" çempionatda və avrokuboklarda sabit çıxış edir və böyük təcrübəyə malikdir. Bu, sizi qorxutmur?
- "İnter" də demək olar ki, hər il avrokuboklarda çıxış edir. Rəqibin təcrübəsi bizi qorxutmur.

- "İnter" demək olar ki, yenidən heyət qurub. Bu, daha bir mərhələ keçməyə problem yaratmayacaq?
- Kollektivimiz yenidir. Amma Albaniyanın "Laçi" klubu ilə oyunlarda hamı ürəkdən oynadı, yaxşı mübarizə apardı. Allah eləsin ki, matçdan matça daha da yaxşı çıxış edək.

- Rəqib komandanın hansı üstünlükləri var?
- Rəqib futbolçuların əksəriyyəti ucaboydurlar. Ona görə də bizə standart vəziyyətlər zamanı ehtiyatlı oynamaq lazımdır. İslandlar bundan çox yaxşı yararlanırlar.

- Ən pis halda 1:2 hesablı məğlubiyyət sizi qane edə bilər?
- Xeyr, siz nə danışırsınız! Biz ümumiyyətlə məğlubiyyət haqda düşünmürük. Hesabın necə olacağını matçdan sonra biləcəyik. Amma meydana məğlub olmaq üçün çıxmayacağımız dəqiqdir.

- "İnter" "Hafnarfyordur" səddini də keçə biləcək?
- Bu, futboldur, hər şey ola bilər. İndi əsas məqsədimiz İslandiyadan müsbət nəticə ilə qayıtmaqdır. Sonrasını zaman göstərəcək.

- Qrup mərhələsinə düşmək barədə düşünürsünüz?
- Futbolda hər şey olur. Əsas istəyin olmasıdır. Özünüz də görürsünüz ki, istənilən komanda qrup mərhələsində çıxış edə bilər. Məğlubedilməz komanda yoxdur. Biz də ölkəmiz və "İnter" adına çalışacağıq ki, buna nail olaq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.