16 iyul 2015 20:30
Nika Kvekveskiri: Səfərdə qol vurmağımız pis olmazdı
"İnter"in yarımmüdafiəçisi Nika Kvekveskiri Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində İslandiyanın "Hafnarfyordur" klubuna qarşı keçirəcəkləri ilk oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Fiziki hazırlıq baxımından islandlar çox yaxşı vəziyyətdədirlər. Onlar standart vəziyyətlərdən də çox yaxşı yararlanırlar. Bəzi oyunlarını izləmişəm. Həmin oyunlarda da standart vəziyyətlərdən tez-tez istifadə edirlər. Onların müsbət və mənfi cəhətlərini yaxşı öyrənməyə çalışmışıq. Əlbəttə, "Hafnarfyordur"a səfərdə qol vurmaq pis olmazdı. Bizi çox ağır oyun gözləyir. Yaxşı nəticə qazanmaq üçün əlimizdən gələni edəcəyik".
