16 iyul 2015 19:30
Nazarov İsveçrə klubuna qarşı oynadı
Almaniyanın "Karlsrue" klubu yeni mövsümə hazırlıq çərçivəsində daha bir yoxlama oyunu keçirib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Dmitri Nazarovun komandası İsveçrənin "Aarau" klubu ilə qarşılaşıb.
Matç futbolçumuzun klubunun 2:0 hesablı qələbəsi ilə başa çatıb. Nazarov qarşılaşmanın 60-cı dəqiqəsindən etibarən meydanda olub.
