16 iyul 2015 18:30
Qəbələ - Çukariçki matçında anşlaq gözlənilir
Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində "Qəbələ" ilə Serbiyanın "Çukariçki" klubları arasında keçiriləcək ilk oyunda anşlaq gözlənilir. Azerisport.az xəbər verir ki, Serbiya klubu bu oyun üçün satışa çıxarılmış bütün biletlərin satıldığını bəyan edib.
Qeyd edək ki, "Çukariçki"nin ev oyunlarını keçirdiyi stadion 4070 azarkeş tutumuna malikdir. Qonaq komandaya - "Qəbələ"yə cəmi 40 bilet ayrılıb. Qalan yerlərin hamısını yerli fanatlar tutacaqlar.
"Qəbələ" - "Çukariçki" görüşü saat 23:30-da start götürəcək.
