16 iyul 2015 18:15
Arif İsayev: Qəbələ serbləri keçəcək potensiala malikdir
Azərbaycan yığmasının sabiq yarımmüdafiəçisi Arif İsayev keçmiş klubu "Qəbələ"nin Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində Serbiyanın "Çukariçki" komandasına qarşı keçirəcəyi ilk oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Çox klubda çıxış etmişəm, amma "Qəbələ" mənim üçün onların arasında xüsusi yer tutur. Bu komandanın Tiflis "Dinamo"sunu keçməsinə çox sevindim. "Çukariçki" barədə elə də ətraflı məlumatım yoxdur. Amma "Qəbələ"nin potensialını bilirəm. Komandamız serbləri keçə bilər".
