16 iyul 2015 18:00

"Tiflisdə bizə qarşı heç bir təzyiq olmadı"

“Qəbələ”nin son iki ildə Premyer Liqanın mukafatcıları sırasına düşməsində ən sadiq azarkeşləri birləşdirən fan-klubu (“TuFAN klub”) yeni mövsumə ilklə start verib. Azerisport.az xəbər verir ki, sözügedən fan-klubun uzvləri Gürcüstana səfər edərək, “Qəbələ”yə ilk dəfə ölkə hududlarından kənarda dəstək oldular.

“TuFAN Klub”un rəhbəri Elvin Qurbanov klub qəzetinə açıqlamasında fan-klub tarixində ilkə imza atdıqlarına görə çox sevindiklərini deyib: “Qəbələ” ikinci dəfədir avrokuboklarda çıxış etsə də, bu, fanatların xarici ölkəyə ilk səfəri idi. Bunu gerçəkləşdirdiyimizə görə sevinirik. Bizə bu imkanı yaratdığına görə, ilk növbədə, klub rəhbərliyinə minnətdarıq. Gürcüstana səfər xərclərimiz klub tərəfindən ödənildi. Arzu edirik ki, gələcəkdə Avropaya da səfərimiz baş tutsun”.

Qurbanovun sözlərinə görə, Tiflis “Dinamo”sunun “Qəbələ”yə rəqib olması fanatların da ürəyincə olub: “Məsafəcə yaxın olduğundan Tiflisə çoxsaylı azarkeşlə səfər etdik və “Qəbələ”yə dəstək olduq. Fan-klub üzvləri matça 10 gün qalmış təşkilatlanmağa başladılar. Aramızda ümumvətəndaş pasportu olmayanlar da vardı. Onlar “Asan xidmət”in İsmayıllıdakı şöbəsindən pasport aldılar. Beləliklə, 100-ə yaxın fanat 2 avtobusla Tiflisə yollandı. Tiflisə minik avtomobilləri ilə gedənlər də oldu”.

Fan-klub rəhbərinin sözlərinə görə səfər, ümumilikdə, təhlükəsiz keçsə də, azarkeşlərimiz müəyyən problemlərlə qarşılaşıblar: “Dinamo”nun nümayəndələri bizi qarşıladıqdan sonra polisin müşayiəti ilə stadionda yerləşdirdilər və təhlükəsizliyimizi təmin etdilər. Çıxanda polislər dəstəmizi əhatəyə aldılar və avtobusumuz şəhərdən çıxanadək bizi müşayiət etdilər. Bizə qarşı heç bir təzyiq olmadı. Üzləşdiyimiz yeganə problem matçın başa çatmasına 10-15 dəqiqə qalmış 2-ci mərtəbədən üstümüzə məşəl atılması oldu. Məşəl bayrağın kənarını deşdi. Geciksəydik, bayraq alışacaqdı. Bizi həm bu xoşagəlməz olay, həm də matçın nəticəsi məyus etdi”.

Boris Payçadze adına “Dinamo Arena”dakı atmosferə valeh olan Elvin meydan sahiblərinin qələbəsində azarkeş dəstəyinin böyük rol oynadığını dedi: “Rəqib də olsa qeyd etməliyəm ki, Tiflisdəki oyunda yerli azarkeş dəstəyi çox güclü idi. Amma komandamız qol vuranda susdular. Biz də 90 dəqiqə dayanmadıq, komandamızı durmadan dəstəklədik. Bizim olduğumuz tribunada “Qəbələ”, “Azərbaycan” sədaları yüksəlirdi. Arenada “Dinamo”nun 3 fan-klubu vardı. Ancaq heç biri ilə görüşümüz, yaxud söhbətimiz olmadı. Bildiyimə görə, Tiflisdəki məlum bayraq qalmaqalında “Dinamo”nun fan-klublarının əli yoxdur”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.