16 iyul 2015 17:45

İlkə imza atmaq üçün gözəl şans

"Qəbələ" Avropa Liqasının ikinci təsnifat mərhələsindəki rəqibinin - Serbiyanın “Çukariçki” klubunu keçərsə, Azərbaycan futbolu tarixində ilkə imza atacaq. Azerisport.az xəbər verir ki, klublarımız 1994-cü ildən təmsil olunduqları avrokuboklarda indiyədək heç vaxt Serbiya klublarından üstün olmayıblar. Roman Qriqorçukun komandası bu tarixi olayı gerçəkləşdirməyə yaxındır.

Maraqlıdır, Serbiya klubları indiyədək, bir qayda olaraq, Bakı təmsilçiləri ilə görüşüblər. Bu baxımdan, “Qəbələ” Serbiya komandası ilə üz-üzə gələcək ilk əyalət təmsilçisidir. Serblərin Azərbaycan klublarından ən çox duelləri “Neftçi”ylə olub – 3 dəfə. İlk dəfə 1999-cu ildə, UEFA kubokunun birinci təsnifat mərhələsində “Srvena Zvezda”ya uduzan (evdə 2:3, səfərdə 0:1) “Neftçi” sonradan Belqradın digər təmsilçisi “Partizan”la qüvvəsini sınayıb. 2012-ci ildə Avropa Liqasının qrup mərhələsindəki oyunlarında
qalib müəyyənləşməyib – Belqradda 0:0, Bakıda 1:1. Bundan 2 il sonra isə “Partizan” həmin turnirin pley-off mərhələsində “Neftçi”yə hər iki oyunda qalib gəlib - səfərdə 3:2, evdə 2:1.

Azərbaycan klublarına ən çox rəqib olan “Partizan” 2008-ci ildə Çempionlar Liqasında ikinci təsnifat mərhələsində “İnter”i mübarizədən kənarlaşdırıb. Tofi q Bəhramov adına Respublika stadionunda 1:1 hesablı heç-heçə edən Azərbaycan komandası səfərdə 0:2 hesabı ilə uduzaraq mübarizəni dayandırıb. Bu ölkənin daha bir təmsilçisi “Voyvodina” isə “Olimpik”lə görüşüb. Novı Sad şəhərinin təmsilçisi 2008-ci ildə UEFA kubokunun birinci təsnifat mərhələsində Bakı klubundan üstün olub – evdə 1:0, səfərdə 1:1.

Göründüyü kimi, Azərbaycan klubları bu ölkənin təmsilçiləri üzərində qələbə qazana bilməyiblər. Keçirilən 12 matçın 4-də heç-heçə, 6-da rəqibin qələbəsi qeydə alınıb (topların fərqi 8-15). Belə bir məqamda “Qəbələ”nin Serbiya klubları ilə oyunlarda qələbə qazanaraq mərhələ adlayan ilk Azərbaycan təmsilçisi olmaq şansı var.

Xatırladaq ki, "Qəbələ" ötən mövsüm Azərbaycan Premyer Liqasında, “Çukariçki” isə Serbiya Super Liqasında bürünc medalçı olub. (Qəbələ İK)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.