16 iyul 2015 17:00
Fariz Nəcəfov: Serbiyada bizim üçün uğurlu sayılacaq nəticə ən azı heç-heçə olacaq
"Qəbələ"nin vitse-prezidenti Fariz Nəcəfov Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində Serbiyanın "Çukariçki" klubuna qarşı keçirəcəkləri ilk oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Oyundan öncə məşqçilər korpusu ilə söhbətimiz olub. Onlar rəqibi yaxşı analiz etdiklərini bildirdilər. "Çukariçki" kifayət qədər güclü rəqibdir. Ciddi oyunçulardan qurulmuş komandadır. Atletik futbola üstünlük verirlər. Buna baxmayaraq, "Qəbələ" səfərdən müsbət nəticə ilə qayıtmalıdır ki, ev oyununda işimiz asan olsun. Serbiyada bizim üçün uğurlu sayılacaq nəticə ən azı heç-heçə olacaq".
