16 iyul 2015 16:00
Neftçinin qapıçısı Yuventusda
“Neftçi” PFK-nın U-13 komandasının qapıçısı Eldar Tağızadə İtaliyanın “Yuventus” klubunun yay futbol məktəbində keçirilən məşqlərdə iştirak edir. Azerisport.az xəbər verir ki, bir ay davam edəcək hazırlıq prosesi iyulun 25-də başa çatacaq. Eldar Tağızadə avqustun 1-də Bakıya qayıdacaq.
