16 iyul 2015 15:45

Marko Randjeloviç: Qəbələ səddini keçə bilməsək, faciə olmayacaq

Serbiyanın "Çukariçki" klubunun müdafiəçisi Marko Randjeloviç Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində "Qəbələ"yə qarşı ilk oyun öncəsi azerisport.az saytının suallarını cavablandırıb:

- "Qəbələ"nin Tiflis "Dinamo"su ilə oyunlarına baxmısınız?
- Xeyr, baxmamışam. Biz həmin vaxt "Domjale" ilə oyunlara hazırlaşırdıq. Amma həmin oyunlardan sonra matçın icmalına da baxmağa imkan olmayıb.

- "Qəbələ" ilə qarşılaşacağınızı gözləyirdiniz?
- Düzünü deyim ki, mən "Dinamo" ilə qarşılaşmağımızı istəyirdim.

- Niyə?
- "Qəbələ" ilə müqayisədə gürcülər o qədər güclü deyildilər. "Qəbələ"nin heyətində yaxşı futbolçular var. "Dinamo"da isə əsasən gənc və təcrübəsiz futbolçular cəmləşiblər. Onları keçmək olardı.

- İlk oyunun Belqradda keçirilməsi sizin üçün üstünlükdür?
- Fikrimcə, ilk oyunun evdə və ya səfərdə keçirilməsi o qədər də vacib deyil. Çünki hər iki komanda həm evdə, həm də səfərdə oynayacaq. Mərhələ adlamaq üçün sadəcə, hər iki oyun oyunda müsbət nəticə qazanmağa ehtiyac var.

- "Qəbələ" barədə nə bilirsiniz?
- Düzünü deyim ki, məndə Azərbaycan futbolu barədə xüsusi məlumatım yoxdur. Amma "Qəbələ"ni yaxşı tanıyıram. Azərbaycanda çıxış etmiş dostlarım var. Onlar bizim rəqibimizlə bağlı mənə danışıblar. Hamısı deyir ki, "Qəbələ" yaxşı təşkilatlanmış komandadır, maliyyə vəziyyəti çox yaxşıdır. Heyətlərində güclü legionerləri var. Ona görə də mənə elə gəlir ki, həm "Qəbələ"ni, həm də "Çukariçki"ni çətin oyunlar gözləyir.

- "Qəbələ"nin müdafiəçisi Voyislav Stankoviçlə bu oyunlarla bağlı söhbətiniz olub?
- Tanışıq, amma bu barədə söhbətimiz olmayıb. Ona qarşı çox oynamışam. Güclü müdafiəçidir.

- "Qəbələ"ni keçə bilməmək sizin üçün faciə olmayacaq?
- Xeyr. Niyə ki?

- Çünki Azərbaycan klubları Avropada hələ biz istədiyimiz səviyyədə deyillər...
- (gülür) Siz bizim indidən uduzmağımızı istəyirsiniz. Amma yox. Bizim yaxşı komandamız var. Uğur qazanmaq arzumuz da böyükdür. Qrup mərhələsinə düşmək üçün mübarizə aparırıq. Amma "Qəbələ"ni keçə bilməsək, bunu problemə çevirməyəcəyik. Mərhələ adlamaq üçün əlimizdən gələni edəcəyik.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.