16 iyul 2015 14:15

Keçmiş Yuqoslaviyaya 2-ci səfər

“Qəbələ” bu gün UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsində Serbiyanın “Cukaricki” komandası ilə ilk oyuna çıxacaq. Azerisport.az xəbər verir ki, Avroliqanın birinci təsnifat mərhələsində Gurcustanın “Dinamo” (Tiflis) klubunu mubarizədən kənarlaşdıran (1:2, 2:0) “qırmızı-qaralar”ın novbəti rəqibi Serbiya cempionatının burunc mukafatcısıdır.

İki oyunun nəticəsinə görə Sloveniyanın “Domjale” komandasından üstün olan serbiyalılar “Qəbələ” kimi ilk mərhələni adlayıb. Səfərdə keçirdiyi ilk qarşılaşmada 1:0 hesablı qələbə qazanan “Çukariçki” öz meydanında qolsuz heç-heçə etsə də, ikinci təsnifat mərhələsinə yüksəlib. “Qəbələ” ilə Serbiya təmsilçisi arasında ilk oyun bu gün, Bakı vaxtilə saat 23:30-da, “Çukariçki”nin stadionunda olacaq. Matç “İdman Azərbaycan” kanalında canlı yayımlanacaq. Cavab qarşılaşması isə iyulun 23-də baş tutacaq.

Bu, “Qəbələ”nin avrokuboklarda 5-ci matçıdır. Komandamızın ötən mövsüm qitəmiqyaslı turnirdə debütü də Avropa Liqasında baş tutmuşdu. Onda mübarizəni birinci təsnifat mərhələsində dayandıran “qırmızı-qaralar” “Şiroki Briyeq” klubuna evdə 0:2, səfərdə 0:3 hesabı ilə məğlub olmuşdu. Bu komandanın Bosniya və Herseqovinanı təmsil etdiyini nəzərə alsaq, “Qəbələ” keçmiş Yuqoslaviyaya 2-ci dəfə səfər edəcək.

UEFA "Qəbələ"nin səfər oyununu idarə etməyi Radu Marian Petreskunun başçılıq etdiyi rumıniyalı hakimlər briqadasına həvalə edib. Baş hakimə Mihai Ovidiu Artene, Vladimir Urzika və Marcel Birsan yardımçı olacaqlar. Oyunun hakim-inspektoru albaniyalı Plarent Kotherja, UEFA nümayəndəsi portuqaliyalı Jose Guilherme Aguiardır.

33 yaşlı Petresku artıq 3 ildir FİFA referisi dərəcəsini daşıyır. O, indiyədək Azərbaycan klublarının və millimizin oyunlarını idarə etməyib. Petresku avrokuboklarda 3 matçda baş hakim olub. Bunlardan 1-i Çempionlar Liqası, 2-si Avropa Liqası matçıdır. Həmin oyunların 2-nin qolsuz bərabərliklə, 1-nin isə qonaqların 1:0 hesablı qələbəsi ilə nəticələndiyini nəzərə alsaq, statistika “Qəbələ”nin Petreskunun baş hakim olduğu matçda uduzmayacağından xəbər verir. (Qəbələ İK)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.