16 iyul 2015 14:00

Süleymanovdan Hüseynova qədər

Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində Tiflis "Dinamo"su (Gürcüstan) ilə səfər oyununda Cavid Hüseynovun vurduğu qol "Qəbələ"nin avrokuboklarda ilk qolu kimi tarixə düşüb. Azerisport.az xəbər verir ki, bununla da, “Qəbələ” Azərbaycanın qitəmiqyaslı turnirlərdə qol hesabını açan 14-cü klubu olub.

Halbuki, “Qəbələ” avrokuboklarda debüt edən 17-ci Azərbaycan təmsilçisidir. Sadəcə, 3 komandaya - “Turan”, “Şəfa” və “Simurq”a UEFA turnirlərinə qoşulduqları ilk mövsümdə rəqib qapısına yol tapmaq nəsib olmayıb. “Turan” avrokuboklarda ilk təmsilçimiz kimi tarixə düşsə də, qitə arenasında ilk qolun müəllifi “Kəpəz”in hücumçusu Yadigar Süleymanovdur.

Cavid Hüseynov Süleymanovla başlayan sıralamada 14-cüdür. "Qəbələ"nin kapitanı qol “pionerlər”indən həm də ona görə fərqlənir ki, o, Avropa Liqasında öz komandasında rəqib qapısından top keçirən ilk futbolçudur. Məsələ bundadır ki, UEFA kuboku 2009-cu ildən başlayaraq Avropa Liqası adı ilə keçiriləndən sonra bu turnirdə debüt edən klublardan heç biri qol hesabını açmayıb. Doğrudur, “Simurq” 2009/10 mövsümündə siftə edə bilərdi. Ancaq Zaqatala təmsilçisi İsrailin “Bney Yehuda” klubu ilə keçirdiyi hər iki matçda (evdə 0:1, səfərdə 0:3) uduzaraq bu imkanı əldən verdi.

Avrokuboklarda ilk qol müəllifləri

1. “Kəpəz” - Yadigar Suleymanov (1994/95 movsumu, UEFA kuboku, Avstriya “Austriya Memfis”lə səfər oyunu – 1:5)

2. “Neftci” – Vidadi Rzayev (1996/97, UEFA kuboku, Bolqarıstan “Lokomotiv”i ilə ev oyunu – 2:1)

3. “Xəzri” – Əfqan Talıbov (1996/97, UEFA kuboku, Polşa “Qutnik”i ilə ev oyunu – 2:2 )

4. “Qarabağ” – Bəxtiyar Musayev (1996/97, Finlandiya “MuPA-47”sı ilə səfər oyunu – 1:1)

5. “Bakı fəhləsi” – Mahir Əliyev (1998/99, İntertoto kuboku, Litva “İnkaras”ı ilə ev oyunu – 1:0)

6. “Dinamo” (indiki “Bakı”) – Nazim Əliyev (1998/99, UEFA kuboku, Rumıniya “Arceş”i ilə səfər oyunu – 1:5)

7. “Viləş” – Aleksandr Xurtskevic (Belarus, 2000/01, UEFA kuboku, Polşa “Zaqlembe”si ilə ev oyunu – 1:3)

8. “Şəmkir” – Viktor Kulikov (Ukrayna, 2000/01, Cempionlar Liqası, Latviya “Skonto”su ilə səfər oyunu – 1:2)

9. “Xəzər Universiteti” (indiki “İnter”) – Patrik Pirxer (avtoqol, 2004/05, İntertoto kuboku, Avstriya “Kazino Şvarts”ı ilə ev oyunu – 2:1)

10. “Karvan” – Yuri Muzika (2005/06, İntertoto kuboku, Polşa “Lex”i ilə ev oyunu – 1:2)

11. “Xəzər Lənkəran” – Zaur Ramazanov (2005/06, UEFA kuboku, Moldova “Nistru”su ilə səfər oyunu – 1:3)

12. “MKT-Araz” – Marçel Reşitka (Moldova, 2006/07, İntertoto kuboku, Moldova “Tiraspol”u ilə ev oyunu – 1:0)

13. “Olimpik” – Roman Axalkatsi (Gürcüstan, 2008/09, UEFA kuboku, Serbiya “Voyvodina”sı ilə ev oyunu – 1:1)

14. “Qəbələ” - Cavid Hüseynov (2015/16, Avropa Liqası, Gürcüstan “Dinamo”su (Tiflis) ilə səfər oyunu – 1:2).

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.