16 iyul 2015 13:30

Ansi Aqolli: Rudarın müdafiə xəttini səfərdə yarmağa çalışacağıq

"Qarabağ"ın müdafiəçisi Ansi Aqolli UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində Çernoqoriya çempionu "Rudar"a qarşı keçirdikləri ilk oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. Azerisport.az xəbər verir ki, o, 0:0 hesabıyla bitən görüşlə bağlı öncə bunları söyləyib:

- Çətin oyun oldu. Onsuz da başqa heç nə gözləmirdik. Ola bilsin ki, rəqib komandanın adı heç nədən xəbər vermir. Amma özünüz də gördünüz ki, bu komanda adi rəqiblərdən deyil. Qol vurmaq üçün çox çalışsaq da, alınmadı. Rəqib elə qapanmışdı ki, qol vəziyyətləri yaratmaq həddən artıq çətin idi.

- Elə isə cavab oyunundan nə gözləyə bilərik?
- Cavab görüşündə daha yaxşı oyun görmək mümkün olacaq. Əminəm ki, Çernoqoriyada daha yaxşı futbol sərgiləyəcəyik və qələbə qazanacağıq.

- Dani Kintana, Alharbi Əl Jadeyui, Coşqun Diniyev necə təsir bağışladı? Sizə elə gəlmir ki, yenilər hələ "Qarabağ"a layiq futbol sərgiləyə bilmirlər?
- Bu, bizim ilk rəsmi oyunumuz idi. İlk oyunlar heç vaxt asan olmur. Mən də buraya ilk gəldiyim günlərdə asan olmamışdı. Zamanla hər şey daha yaxşı olacaq.

- Muaremin yerində indi Cavid Tağıyev oynayır. Bu, sizə problem yaratmır?
- Xeyr, yaratmır. Mən əvvəllər də Cavidlə birgə oynamışdım. Sonradan onu Elvin Məmmədov əvəzlədi. Hər şeyin qaydasına düşməsi üçün zaman lazımdır.

- 0:0 hesabı sizə üstünlük qazandırır, ya rəqibə?
- Hələ ki, hər şey açıqdır. Şanslar yenə bərabərdir. Səfərdə daha yaxşı oynaya bilsək, qələbə qazanacağıq.

- Rəqib cavab oyununda da taktikasını dəyişməsə, belə oynasa, onda necə olacaq?
- Onların müdafiə xəttini yarmağa çalışacağıq. Bizim başqa şansımız yoxdur.

- "Qarabağ" növbəti mərhələyə keçə bilməsə...
- "Rudar"a səfərdə qalib gəlsək, bu, baş verməyəcək (gülür).

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.