16 iyul 2015 13:15

Növbəti çempionat nə vaxt başlayır?

Azərbaycan Premyer Liqasının 2015/16 mövsümünün start günü müəyyənləşib. Azerisport.az xəbər verir ki, yarışı keçirən Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev "Qəbələ İK" qəzetinə açıqlamasında sayca 24-cü olacaq milli çempionatda ilk turun oyunlarının avqustun 8-də və 9-da keçiriləcəyini bildirib:

“Artıq bu məsələ dəqiqləşib. Növbəti çempionatımıza avqustun 8-də start verəcəyik. Püşkatma mərasimini isə iyulun 15-20-si arasında keçirəcəyik. Qarşıdakı çempionatda çıxış edəcək komandalar öz iştiraklarını təsdiqləməyə başlayıblar. Klublar püşkatmaya 3 gün qalmışadək iştirak ərizələrini bizə göndərməlidirlər”.

Məlum olduğu kimi, son 3 ildə Premyer Liqanın sponsoru olan “Topaz” şirkəti ilə PFL arasında 2012-ci ildə imzalanmış əməkdaşlıq müqaviləsinin vaxtı bitib. Musayevin sözlərinə görə, ikitərəfli əməkdaşlığın davam etdirilməsi gözlənilir: “Topaz” yenə də çempionatımızın sponsoru olmaqda maraqlıdır. Bununla bağlı təklifə baxırıq. Biz də bu sponsorla əməkdaşlığı davam etdirmək istəyirik. Yəni hər iki tərəfdə yeni müqavilənin imzalanması ilə bağlı müsbət fikir var. Bu məsələyə püşkatmayadək tam aydınlıq gələcək”.

Xatırladaq ki, növbəti çempionatımızda birinci diviziondan gələn komandalar debütant “Zirə”ylə 2 illik fasilədən sonra Premyer Liqaya qayıdan “Kəpəz”dir.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.