16 iyul 2015 13:00
Sumqayıt sabah Neftçala ilə yoxlama oyunu keçirəcək
Topaz Premyer Liqasının 2015/16 mövsümünə hazırlaşan "Sumqayıt" təlim-məşq toplanışını davam etdirir. Azerisport.az xəbər verir ki, "Kapital Bank Arena"da gündə iki dəfə olmaqla məşqə çıxan Aqil Məmmədovun komandası 10 günlük təlim-məşq toplanışı dövründə 3 yoxlama oyunu keçirəcək.
"Sumqayıt" FK hazırlıq mərhələsi çərçivəsində sabah 1-ci divizion təmsilçisi "Neftçala" ilə üz-üzə gələcək. Həmin qarşılaşma saat 19:00-da "Kapital Bank Arena"da keçiriləcək.
