16 iyul 2015 12:45
UEFA Neftçinin futbolçularını 3 oyunluq diskvalifikasiya etdi
UEFA-nın İntizam Komitəsi "Neftçi"nin futbolçularını cəzalandırıb. Azerisport.az xəbər verir ki, paytaxt klubunun qapıçısı Maksim Vaylo və müdafiəçi Aylton Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində Çernoqoriya "Mladost"u ilə cavab oyunundan sonra dava-dalaş saldıqlarına görə, cəzalarını alıblar.
Qitə futbol qurumu hər iki oyunçunu 3 oyunluq diskvalifikasiya edib.
Xatırladaq ki, "Neftçi" ilə "Mladost" arasındakı Bakıda keçirilmiş oyun 2:2, Çernoqoriyadakı qarşılaşma isə 1:1 hesabıyla başa çatdığından, bakılılar mərhələ adlaya bilməmişdilər.
