16 iyul 2015 12:30

Subaşiç və Antiç: Qəbələyə azarkeşlik edəcəyik

UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsinin ilk oyununda “Çukariçki” ilə qarşılaşmaq üçün Serbiyaya yollanan “Qəbələ”nin sabiq futbolçuları Branimir Subaşiçlə Milan Antiç “qırmızı-qaralar”ın düşərgəsində olub. Azerisport.az xəbər verir ki, serbiyalı futbolçular sabiq komandalarına uğurlar arzulayıb və fikirlərini klub saytına açıqlayıb.

2010/11 mövsümündə “Qəbələ”də çıxış edən Subaşiç komandanın heyətində 21 matçda 2 qol vurub. Azərbaycan millisində də çıxış etmiş hücumçu qarşılaşma haqda bunları danışıb:

“Çox sevinirəm ki, heyətində çıxış etdiyim “Qəbələ”ni Serbiyada görürəm. Sabiq komandamın rəqibi olan “Çukariçki” mənim yaşadığım evə ən yaxın yerləşən klubdur. Bu komanda son illərdə yüksəlib. “Çukariçki” heç də pis oynamır. İmkanlarına, təşkilati məsələlərə görə Serbiyanın 2-ci, 3-cü komandasıdır. Azərbaycanda çempionat avqustun əvvəlində başlayır. Serbiyada isə yarış bu həftə start götürəcək. Bu üzdən “Çukariçki” fiziki cəhətdən daha hazırlıqlı ola bilər. Amma mən “Qəbələ”nin oyununu görmüşəm. Sabiq komandam daha güclüdür. Əsas məsələ ilk oyunda qol buraxmamaq, imkan olsa vurmaqdır. Cavab oyununda “Qəbələ” evdə qalib gəlib mərhələ adlaya bilər. Şansları bərabər sayıram. Oyunda daha çox yaxşı futbola azarkeşlik edəcəyəm. “Qırmızı-qaralar” sabiq komandamdır, “Çukariçki” isə Serbiyanı təmsil edir. Yəqin ki, “Qəbələ”yə daha çox simpatiya bəsləyəcəyəm”.

2009/10 və 2010/11 mövsümlərində “Qəbələ”də çıxış edən Antiç də sabiq komandasına azarkeşlik edəcək. “Qırmızı-qara” formada 58 oyuna 6 qol vuran serbiyalı sabiq klubunun qrup mərhələsində oynayacaq gücdə olduğunu düşünür:

“Bu qarşılaşma mənim üçün çox maraqlı olacaq. Çünki komandaların sisteminə nəzər salsaq, hər iki klub ölkəsinin ən yaxşılarındandır. Hazırda “Çukariçki” “Partizan” və “Srvena Zvezda”dan daha yaxşı vəziyyətdədir. “Qəbələ” ilk oyunda qol vursa, növbəti mərhələyə yüksəlmək şansları böyük olacaq. Mən də daha çox sabiq komandamın mərhələ keçməsini istəyirəm. “Qəbələ”yə azarkeşlik edəcəyəm. Vaxtilə bu komandada çıxış etmişəm. Düşünürəm ki, “Qəbələ” Avropa Liqasının qrup mərhələsinə yüksələ bilər”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.