16 iyul 2015 12:15

Roman Qriqorçuk: Hücum futbolu oynayacağıq

UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsinin “Çukariçki” (Serbiya) ilə səfər oyunundan əvvəl “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçukun iştirakı ilə mətbuat konfransı keçirilib. Azerisport.az xəbər verir ki, ukraynalı mütəxəssis ilk oyun öncəsi bunları söyləyib:

“Belə oyunlarda əvvəldən favorit və ya şanssız komanda haqda danışmaq olmaz. Düşünürəm ki, mərhələnin startına qədər şanslar bərabər olur. “Çukariçki” haqda kifayət qədər məlumatımız var. Çox ciddi rəqibdir. Onlar bir mərhələ adlayıb ki, bu da fikrimi təsdiqləyir. Rəqibin oyunçu seçimi, məşqçi işi, oyunun təşkili, komandada görülən işi aydın görünür. “Çukariçki” aqressiv futbol nümayiş etdirir. Sabit heyətə malik komanda xeyli müddət oynaması ilə seçilir. Rəqibimiz çox sadə yolla rəqibi təzyiq altına salmağa çalışır. Top sürətlə rəqib qapısı önünə çatdırılır, komanda güclü mübarizə aparır. Bilirik ki, çox çətin oyun olacaq.

Azərbaycanın aparıcı klubları hücum futbolu nümayiş etdirib, baxımlı, məzmunlu, maraqlı və kombinasiyalı oyun sərgiləyir. Bizim oyun üslubu hücum futboludur. İstəyirik ki, hücumda daha çox vaxt keçirək, rəqib qapısı önündə oynayaq. İndi elə mərhələdəyik ki, futbolçular arasında anlaşmanı artırmaq üçün zaman lazımdır. “Çukariçki” ilə qarşılaşmada da hücum etmək niyyətindəyik. Çünki dəqiq əminik ki, bizim üstünlük verdiyimiz və nail olmaq istədiyimiz üslub nəticə verir. Biz ideal saydığımız hücum futbolu oynayacaq, buna çalışacağıq.

Heyətimizdə kifayət qədər təcrübəli oyunçular var. İndi mübarizə apardığımız turnirin qalibi olan futbolçu – Aleksey Qay da komandamızda çıxış edir. Belə beynəlxalq oyunlar təcrübəsinə malik futbolçuların heyətdə olması yaxşıdır”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.