17 iyul 2015 02:08

İnter İslandiya klubuna ilk oyunda qalib gəldi

Bu gün UEFA Avropa Liqasında ikinci təsnifat mərhələsinin ilk oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycanı bu mövsüm qitənin ikinci dərəcəli klub turnirində təmsil edən "İnter" də növbəti sınağına çıxıb.

Premyer Liqanın son mövsümündə gümüş medallara sahib çıxan təmsilçimiz mübarizəyə ilkin təsnifat mərhələsindən qoşulmuşdu. Paytaxt klubu Albaniya "Laçi"sini (səfərdə 1:1, evdə 0:0) çətinliklə də olsa, mübarizədən kənarlaşdırmışdı.

"İnter"i bu mərhələdə daha güclü İslandiya "Hafnarfyordur"u ilə mübarizə aparır. Sözügedən klub Azərbaycan futbolsevərlərinə yaxşı tanışdır. 10 il öncə Çempionlar Liqasında "Neftçi"yə rəqib olan bu komanda hər iki oyunda (0:2, 1:2) məğlub olaraq, mübarizəni dayandırmışdı. Ümid edək ki, bu dəfə Avroliqa çərçivəsində baş tutacaq duellərdə də sevinən tərəf Azərbaycan klubu olacaq. Bu baxımdan ilk oyunun səfərdə keçirilməsi də bakılıların şanslarını artırır. Maliyyə problemləri içində itib-batmasına baxmayaraq, komandamız bu dəfə də inanılmazı bacardı. Belə ki, Zaur Svanadzenin çalışdırdığı komanda çətin rəqibinə səfərdə qalib gələrək, mərhələ adlamaq şanslarını artırdı. Hər halda cavab oyununda bakılılara hətta heç-heçə də bəs edəcək.

Qeyd edək ki, bu klublar arasındakı cavab görüşü iyulun 23-də Bakıda keçiriləcək.

Avropa Liqası
İkinci təsnifat mərhələsi
(ilk oyunlar)
16 iyul

00:15. "Hafnarfyordur" (İslandiya) - "İnter" - 1:2 (1:0)
Qolar: A.Qudnason, 39-pen. (1:0). N.Kvekveskiri, 54-pen. (1:1). D.Martins, 61 (1:2).
Sarı vərəqə: B.Bödvarsson, 19. F.Bayramov, 39. C.Hendrikx, 48. Z.Xizanişvili, 48. D.Vidarsson, 66. K.Dumbiya, 79. K.F.Finnboqason, 89.
Qırmızı vərəqə: R.Özkarsson, 50.
Baş hakim: Mixael Leryus (İsveç).
Hafnarfyordur. "Kaplakrikavollur" stadionu.

"Hafnarfyordur": 1. Robert Özkarsson, 5. Petur Vidarsson, 15. Qudmann Torisson, 20. Kassım Dumbiya, 21. Bödvar Bödvarsson, 26. Conatan Hendrikx, 8. Emil Palsson (12. Kristyan Finnboqason, 52), 9. Torarinn Valdimarsson (17. Atli Byörnsson, 83), 10. David Vidarsson (k), 13. Byarni Vidarsson (18. Kristyan Floki Finnboqason, 70), 11. Atli Qudnason.
Ehtiyat oyunçular: 4. Sam Tillen, 16. Con Consson, 22. Jeremi Servi, 23. Brinyar Qudmondsson.
Baş məşqçi: Heymir Qudyonsson.
"İnter": 25. Səlahət Ağayev (k), 3. Xuanfran, 4. Laşa Kasradze, 14. Zurab Xizanişvili, 30. Abbas Hüseynov, 7. Nika Kvekveskiri, 8. Nizami Hacıyev (15. Stepan Polyak, 80), 13. Mirsayib Abbasov (23. Dieqo Martins, 46), 19. Mirhüseyn Seyidov, 24. Fuad Bayramov (4. Denis Silva, 69), 11. Rauf Əliyev.
Ehtiyat oyunçular: 1. Georgi Lomaya, 22. İlkin Qırtımov, 18. Mənsur Nəhavəndi, 20. Yuri Fomenko.
Baş məşqçi: Zaur Svanadze.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.