17 iyul 2015 01:23

Qəbələ Serbiya klubuna ilk oyunda uduzdu

Bu gün UEFA Avropa Liqasında ikinci təsnifat mərhələsinin ilk oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycanı bu mövsüm qitənin ikinci dərəcəli klub turnirində təmsil edən "Qəbələ" də növbəti sınağına çıxıb.

Premyer Liqanın son mövsümündə bürünc medallara sahib çıxan təmsilçimiz Avroliqanın ilkin təsnifat mərhələsindən mübarizəyə qoşulmuşdu. Bölgə təmsilçisi Tiflis "Dinamo"sundan (Gürcüstan) üstün olmuşdu (səfərdə 1:2, evdə 2:0).

Roman Qriqorçukun çalışdırdığı komandamız ilk dəfə vəsiqə qazandığı ikinci təsnifat mərhələsində Serbiyanın "Çukariçki" komandasına qarşı mübarizə aparır. İlk oyun səfərdə keçirildiyinə görə, Serbiyadan sərfəli nəticə ilə qayıtmaq vacib idi. Amma təəssüf ki, qəbələlilər bu görüşdə penalti qolu ilə məğlub olublar. Bu üzdən də cütün taleyinə cavab görüşündə aydınlıq gələcək.

Avropa Liqası
İkinci təsnifat mərhələsi
(ilk oyunlar)
16 iyul

23:30. "Çukariçki" (Serbiya) - "Qəbələ" - 1:0 (0:0)
Qol: N.Stoylkoviç, 53-pen. (1:0).
Sarı vərəqə: G.Floresku, 20. Rafael, 25. Ü.Abbasov, 61. R.Brejançiç, 69. V.Vernidub, 74. C.Hüseynov, 80.
Baş hakim: Radu Petresku (Rumıniya).
Belqrad. "Çukariçki" stadionu.

"Çukariçki": 12. Nemanya Stevanoviç, 4. Lukas Pyasentin, 22. Filip Stoykoviç (30. Nenad Mirosavlyeviç, 85), 23. Boyan Ostoyiç, 31. Rayko Brejançiç (k), 6. Draqolyub Srniç, 8. Branislav Yankoviç, 24. Petar Bojiç (19. Saşa Yovanoviç, 90+1), 9. Nikola Stoylkoviç, 11. Andriya Pavloviç (7. Stanişa Mandiç, 67), 14. Slavolyub Srniç.
Ehtiyat oyunçular: 1. Nikola Petriç, 5. Marko Randyeloviç, 20. Reqan Obenq, 25. Deyan Bolyeviç, 7. Stanişa Mandiç.
Baş məşqçi: Vladan Miloyeviç.
"Qəbələ": 22. Dmitri Bezotosnı, 15. Vitali Vernidub, 20. Rikardinyo, 34. Ürfan Abbasov, 44. Rafael, 5. Georgi Floresku (10. Dodo, 36), 6. Rəşad Sadiqov (11. Asif Məmmədov, 88), 14. Cavid Hüseynov, 19. Aleksey Qay, 9. Sergey Zenyov, 69. Aleksey Antonov (21. Arif Daşdəmirov, 46).
Ehtiyat oyunçular: 1. Andrey Popoviç, 3. Voyislav Stankoviç, 8. Məhəmməd Mirzəbəyov, 66. Samir Zərgərov.
Baş məşqçi: Roman Qriqorçuk.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.