16 iyul 2015 00:20
Ansi Aqolli: Bakıda qol vura bilmədik, səfərdə fərqlənməyə çalışacağıq
Azərbaycan çempionu "Qarabağ"ın müdafiəçisi Ansi Aqolli UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində Çernoqoriya "Rudar"ına qarşı keçirdikləri ilk oyunu şərh edib. Azerisport.az saytına açıqlamasında o, 0:0 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
"Rudar" heç də asan rəqib olmadığını göstərdi. Ümumiyyətlə, Çempionlar Liqasında asan rəqib olmur. Onlar uğurlu müdafiə olundular. Amma biz yenə də qol vura bilərdik. Burada qol vura bilməsək də, cavab görüşündə fərqlənməyə çalışacağıq".
