16 iyul 2015 00:15
İbrahim Şehiç: Bəxtimiz gətirmədi
Azərbaycan çempionu "Qarabağ"ın qapıçısı İbrahim Şehiç UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində Çernoqoriya "Rudar"ına qarşı keçirdikləri ilk oyunu şərh edib. Azerisport.az saytına açıqlamasında o, 0:0 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
"Çətin oyun oldu. Bəzi epizodlarda bəxtimiz gətirmədi. Halbuki, oyuna daha çox biz nəzarət edirdik. Ən azından bir qol vura bilərdik. Amma alınmadı. Hər şeyə rəğmən, cavab oyununda uğur qazanmaq üçün yaxşı şansımız var".
