16 iyul 2015 00:10
Tahir Gözəl: Qarşıda hələ cavab oyunu var
Azərbaycan çempionu "Qarabağ"ın vitse-prezidenti Tahir Gözəl UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində Çernoqoriya "Rudar"ına qarşı keçirdikləri ilk oyunu şərh edib. Azerisport.az xəbər verir ki, o, 0:0 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
"Komandamıza inanıram. Oyundan sonra uşaqları ruhlandırmağa çalışdım. Gəlin onlara inanaq. Qarşıda hələ cavab oyunu da var. Başa düşmək lazımdır ki, burada asan rəqib yoxdur. Təəssüf ki, bu gün qələbə qazana bilmədik".
