15 iyul 2015 23:45
Mirko Mariç: Qarabağ yenə favoritdir
Çernoqoriyanın "Rudar" klubunun baş məşqçisi Mirko Mariç UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində Azərbaycan çempionu "Qarabağ"a qarşı keçirdikləri ilk oyunu şərh edib. Azerisport.az xəbər verir ki, o, 0:0 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
"Normal oyun keçdi. Komandamdan razı qaldım. Futbolçularımı təbrik edirəm. Verilən tapşırıqları yerinə yetirdilər. Səfər oyununda 0:0 hesablı heç-heçə yaxşı nəticədir. Hər şeyə cavab oyununda aydınlıq gələcək. Favorit yenə də "Qarabağ"dır. Hər iki komandanın mərhələ adlamaq şansı var. Amma "Qarabağ" Çernoqoriyada bir qol vursa, bizə çətin olacaq".
